
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət
provayderinə ehtiyacınız var. Bəzi xüsusiyyətlər bütün
şəbəkələrdə mövcud deyil; digər xüsusiyyətlər onlardan
istifadə etməyiniz üçün Sizdən xidmət təminatçınızla
xüsusi razılıq əldə etməyinizi tələb edə bilər. Şəbəkə
xidmətlərinə məlumatın ötürülməsi daxildir. Ev şəbəkəsi
və ya digər şəbəkələr üzərindən rouminq qiymətləri
barədə təfərrüatlar üçün xidmət provayderinizlə əlaqə
saxlayın. Sizin xidmət təminatçınız hansı dəyişliklərin
tətbiq olunacağını izah edə bilər. Bəzi şəbəkələr sizin bu
cihazın TCP/IP protokolları və dildən asılı olan simvollarla
Ümumi məlumat
7

işləyən WAP 2.0 protokolları (HTTP və SSL) kimi şəbəkə
dəstəklənməsini tələb edən bəzi xüsusiyyətlərini necə
istifadə edəcəyinizə təsir edən məhdudiyyətlər qoya bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda
quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və
aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin
menyunuzda görünməyəcək. Sizin cihazda həmçinin
menyu adları, menyu sırası və nişanlar kimi tələbə
uyğunlaşdırılmış elementlər də ola bilər.