
Aksessuarlar
Xəbərdarlıq:
Bu xüsusi model üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər
və aksessuarlardan istifadə edin. Digər növün istifadəsi cihaza tətbiq edilən hər hansı
təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər. Əsasən,
təsdiq edilməyən batareya və ya adapterin istifadəsi yanğın, partlayış, sızma və ya
digər təhlükələr yarada bilər.
Təsdiq edilmiş aksessuarların mövcudluğu haqqında məlumat almaq üçün dilerinizlə
əlaqə saxlayın. Hər hansı aksessuarın güc şnurunu ayırarkən, şnurdan deyil
ştepseldən tutub çəkin.