
Batareya və adapter barədə məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Bu cihazda istifadə
olunması nəzərdə tutulan batareya BL-4S. Nokia bu cihaza uyğun əlavə batareya
modelləri düzəldə bilər. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur:
AC-3 . Adapter modelinin dəqiq nömrəsi ştepselin növündən asılı olaraq müxtəlif ola
bilər. Ştepselin variantı aşağıdakılardan birinə görə təyin edilir: E, EB, X, AR, U, A,
C, K və ya UB.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya
köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa
58
Məhsul və təhlükəsizlik üzrə məlumat

batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalardan istifadə
edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu
telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.
Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə
enerji qurğusunu cihaza birləşdirmək, sonra ayırmaq və batareyanın
doldurulmasının başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər. Batareya tam
boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya
zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Təhlükəsiz çıxarılma. Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və
enerjı qurğusundan ayırın.
Düzgün doldurulma. Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan və
telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş
saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak müddətini
qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə
itirir.
Kəskin temperaturdan çəkinin. Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F)
dərəcə arasında saxlamağa çalışın. Kəskin temperaturlar batareyanın fəaliyyətini və
ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.
Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə
məhdud olur.
Qısa qapanmaya səbəb olmayın. Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və ya
qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə
əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi
görsənir.) Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində
gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə
olan əşyaya zərər verə bilər.
Tullama. Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyaları
yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı təkrar emal
etdirin. Ev tullantısı kimi atmayın.
Məhsul və təhlükəsizlik üzrə məlumat
59

Sızma. Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, əyməyin və ya
deşməyin. Batareya sızması baş verərsə, batareya mayesinin dəriyə və ya gözlərə
təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyələri dərhal su
ilə yuyun və ya tibbi yardım üçün müraciət edin.
Zədələnmə. Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin,
suya və ya digər mayelərə salmayın. Batareyalar zədələnərsə, partlayışa səbəb ola
bilər.
Düzgün istifadə. Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Batareyanın
düzgün istifadə edilməməsi yanğın, partlayış və ya digər təhlükələrə səbəb ola bilər.
Əgər cihaz və ya batareya sərt yerə düşsə və siz batareyanın zədələndiyinə əmin
olsanız, istifadə etmədən onu xidmət mərkəzinə apararaq yoxladın. Heç vaxt
zədələnmiş batareya və ya batareyanı dolduran qurğu istifadə etməyin. Onları kiçik
uşaqların əli çatmadığı yerdə saxlayın.