Nokia batareyasının identifikasiyası qaydaları
Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarından istifadə edin. Orijinal Nokia
batareyasını aldığınıza əmin olmaq üçün onu rəsmi Nokia xidmət mərkəzi və ya
dilerindən alın və aşağıdakı addımları izləyərək holoqramı yoxlayın:
Addımların müvəffəqiyyətli tamamlanması batareyanın orijinallığının tam təsdiqi
deyil. Əgər batareyanın orijinal Nokia batareyası olduğuna dair sizdə şübhə varsa,
siz onu istifadə etməkdən çəkinməli və yardım üçün yaxınlığınızda olan rəsmi Nokia
xidmət mərkəzi və ya dilerinə müraciət etməlisiniz. Batareyanın orijinallığı təsdiq
edilmədikdə onu aldığınız yerə qaytarın.
60
Məhsul və təhlükəsizlik üzrə məlumat