Baxım və texniki qulluq
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla
qorunmalıdır. Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin
qorunmasına yardım edəcək.
•
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin
tərkibində eletron sxemlərin korroziyasına səbəb ola biləcək minerallar ola
bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və onu yenidən yerinə
yerləşdirənə qədər cihazın tam qurumasını təmin edin.
•
Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrıla bilən
hissələri və elektron komponentləri zədələnə bilər.
•
Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak
müddətini qısalda, batareyaları zədələyə və müəyyən plastik hissələri əyə və
ya əridə bilər.
•
Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal temperatura qayıtdıqda cihazın
içində nəmlik yarana bilər bə bunun nəticəsində elektron sxemlərin plataları
zədələnə bilər.
•
Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
•
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili
montaj platasını və dəqiq mexanika elementlərini qıra bilər.
•
Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici
həlledicilərdən və ya güclü tozlardan istifadə etməyin.
•
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq
əməliyyatlara mane ola bilər.
62
Məhsul və təhlükəsizlik üzrə məlumat
•
Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin.
Qadağan edilmiş antenaların, modifikasiyaların və ya aksessuarların istifadəsi
sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən
qaydaların pozulmasına səbəb ola bilər.
•
Batareyanı bağlı otaqda doldurun.
•
Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz
məlumatın (əlaqələr və təqvim qeydləri kimi) ehtiyat nüsxəsini çıxarın.
•
Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı
söndürün və batareyanı çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya,
adapterə və ya hər hansı aksessuara şamil edilir. Hər hansı cihaz düzgün
işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə
aparın.