
Avtomobillər
RT siqnalları elektron yanacaq injektor sistemləri, elektron antikilidləmə əyləc
sistemləri, elektron sürət tənzimləyici sistemlər və hava yastığı sistemləri kimi
avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan elektron
sistemlərə təsir göstərə bilər. Daha ətraflı məlumat üçün avtomobilinizin və ya hər
hansı qoşulan avadanlığın istehsalçısı və ya rəsmi nümayəndəliyinə müraciət edin.
Ancaq ixtisaslı işçilər avtomobilə cihaz quraşdırmalı və ya təmir etməlidir. Səhv
quraşdırma və ya təmir etmə təhlükəli ola bilər və cihaza tətbiq edilən hər hansı
zəmanəti yararsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın
Məhsul və təhlükəsizlik üzrə məlumat
65

düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksessuarları
ilə eyni bölmədə alışan mayelər, qazlar və ya partlayıcı maddələri saxlamayın və ya
daşımayın. Hava yastığı olan avtomobillər üçün unutmamaq lazımdır ki, hava
yastıqları yüksək güclə açılır. Quraşdırılan və ya portativ simsiz cihaz daxil olmaqla,
əşyaları hava yastığının üzərinə və ya onun olduğu sahəyə yerləşdirməyin. Əgər
daxili simsiz cihaz düzgün quraşdırılmayıbsa və hava yastığı açılsa, ciddi zədə və
ya yaralanma ola bilər.
Təyyarədə uçarkən cihazdan istifadə qadağandır. Təyyarəyə minməzdən əvvəl
cihazı söndürün. Təyyarədə simsiz telecihazlardan istifadə təyyarənin işləməsi üçün
təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini korlaya bilər və qeyri-qanuni ola bilər.