
İş mühiti
Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədəndən ən azı
(5/8
göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Üstünüzdə gəzdirmək üçün
daşıma qabı, kəmər qısqacı və ya tutqacdan istifadə edirsinizsə, metal tərkibli
olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajları ötürmək üçün bu cihaz keyfiyyətli şəbəkə bağlantısı
tələb edir. Müəyyən hallarda belə əlaqə təmin edilməyincə faylların və ya mesajların
göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki,
yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və
digər maqnit daşıyan vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan
məlumat silinə bilər.