Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və
göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən
avtomobilinizin mühərriyinin söndürülməsi tövsiyyə edilən ərazıni əhatə edir. Belə
ərazilərdə qığılcımlar partlamaya yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya
hətta ölümlə nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi
yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama
məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə
məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə
olmasa da çox vaxt aşkar qeyd edilirlər. Bunlara qayıqlarda göyərtənin aşağısı,
kimyəvi maddə daşıma və ya saxlama yerləri və havada toz, metal tozları və ya
müxtəlif kimyəvi hissəciklər olan yerlər daxildir. Maye qazla işləyən avtomobil
istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə eilib
edilməyəcəyini soruşmalısınız.