
Təcili yardım zəngləri
Mühüm: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz
şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış
funksiyaları istifadə edərək işləyir. Əgər cihazınız internet vasitəsilə səs zənglərini
dəstəkləyirsə (internet zəngləri), həm internet zənglərini və həm də mobil telefonu
aktivləşdirin. Hər ikisi aktivləşdirildikdə cihaz həm mobil şəbəkə, həm də internet
zəngi provayderi ilə təcili yardım zəngləri etməyə çalışacaqdır. Hər şəraitdə
66
Məhsul və təhlükəsizlik üzrə məlumat

bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz
yalnız simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1
Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini
yoxlayın. Cihazınızdan asılı olaraq, aşağıdakıları tamamlamalı ola bilərsiniz:
•
Cihazınıza SİM kart daxil edin.
•
Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng məhdudiyyətlərini götürün.
•
Qoşulu olmayan və ya uçuş rejimi profilini aktiv profillə dəyişdirin.
2
Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər
başa çatdırma düyməsini basın.
3
Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım
nömrələri ərazidən asılı olaraq fərqlənir.
4
Zəng düyməsini basın.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin.
Hadisə yerində sizin simsiz cihazınız yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə
verilənədək zəngi bitirməyin.