
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni
aradan qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya
cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə
cihazları olan şəxslər bunları etməlidirlər:
•
Simsiz cihaz işə salındıqda tibbi cihazla onun arasında minimum 15.3 sm (6
düym) məsafə saxlanmalıdır.
•
Cihazı döş cibində daşımayın.
•
Ehtimal müdaxiləni azaltmaq üçün simsiz cihazı tibbi cihaz olmayan tərəfdəki
qulağa tutmalıdırlar.
•
Müdaxilə olduğuna dair şübhə yaranarsa, dərhal simsiz cihazı
söndürməlidirlər.
•
Tibbi cihazlar barədə istehsalçıların yazdığı təlimatları oxumalı və əməl
etməlidirlər.
Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair
suallarınız varsa, həkiminizə müraciət edin.