
Nokia Mail
Elektron poçtu yazmaq, oxumaq və göndərmək üçün poçt
hesabınıza daxil olun. Bu poçt proqramı SMS poçt
funksiyasından fərqlidir.
Elektron poçtu istifadə etməzdən əvvəl, sizin xidmət
təminatçınızdan elektron poçt ünvanınız olmalıdır.
Mövcudluq və düzgün parametrlər üçün poçt xidməti
provayderinizlə əlaqə saxlayın. Siz poçtun konfiqurasiya
parametrlərini konfiqurasiya mesajı şəklində qəbul edə
bilərsiniz.