Xəritələr
Xəritələr ilə siz müxtəlif şəhər və ölkələrin xəritələrini
nəzərdən keçirə, maraqlandığınız ünvan və nöqtələri
axtara, bir yerdən digərinə marşrutu planlaşdıra, GPS
bağlantısına malik olduğunuz halda cari yerinizə baxa və
48
Proqramlar
yerləri yer nişanları kimi saxlaya və onları müvafiq
cihazlara göndərə bilərsiniz. Siz həmçinin səs təlimatı ilə
naviqasiya xidməti üçün lisenziyanı əldə edə bilərsiniz. Bu
xidmət bəzi ölkə ya regionlarda mövcud deyil.
Xəritələr haqqında
Əgər cihazınızda yaxud yaddaş kartında xəritələr
mövcuddursa, siz onları İnternet bağlantısı olmadan
nəzərdən keçirə bilərsiniz. Cihazınıza artıq yüklənmiş
xəritələrdə əhatə olunmayan əraziyə baxdığınız zaman
həmin ərazi üçün xəritə avtomatik olaraq İnternetdən
yüklənilir. Sizdən İnternet bağlantısı ilə istifadə ediləcək
giriş nöqtəsini seçmək xahiş oluna bilər.
Xəritələrin yükləməsi zamanı xidmət provayderinizin
şəbəkəsi ilə böyük həcmdə məlumat ötürülməsi ola bilər.
Məlumat göndərmə qiymətləri ilə bağlı məlumat almaq
üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Xəritələri cihazınıza yükləmək üçün siz həmçinin Nokia
Map Loader PC proqramından istifadə edə bilərsiniz.
Uyğun olan kompyuterdə Nokia Map Loader proqramını
yükləmək üçün www.nokia.com/maps baxın.
Menyu
>
Proqramlar
>