Nokia Map Loader
Nokia Map Loader proqramı ilə siz xəritələri və səs təlimatı
fayllarını İnternetdən yükləyə bilərsiniz. Cihazınızda
kifayət qədər yaddaşa malik olan yaddaş kartı olmalıdır.
Nokia Map Loader-dən istifadə etməzdən əvvəl siz ən azı
Xəritələr proqramından bir dəfə istifadə etməli və
xəritələrə baxmalısınız, çünki xəritələrin hansı versiyasını
yükləmək üçün Nokia Map Loader Xəritələr tarixçəsinin
məlumatından istifadə edir.
Nokia Map Loader proqramını quraşdırmaq üçün
www.nokia.com/maps saytına baxın və təlimatlara əməl
edin.
50
Proqramlar
Nokia Map Loader ilə xəritələri yükləmək
1 Cihazınızı kompyuterinizə USB məlumat kabeli yaxud
Bluetooth bağlantısı vasitəsilə qoşun. Əgər siz
məlumat kabelindən istifadə edirsinizsə, USB bağlantı
metodu kimi PC Suite seçin.
2 Nokia Map Loader-i kompyuterdə açın.
3 Kontinentı və ölkəni yaxud regionu seçin.
4 Xəritələri yaxud xidmətləri seçin və onları yükləyərək
cihazınızda quraşdırın.
Nokia Map Loader-in Service (Xidmət) tabında siz
naviqasiya və yol hərəkəti məlumatı üzrə lisenziyaları,
səyahət kitabçalarını əldə edə və xəritələri yükləyə
bilərsiniz.