Veb ya İnternet
Telefonun brauzeri ilə müxtəlif İnternet xidmətlərinə daxil
ola bilərsiniz. İnternet səhifələrin görünüşü ekranın
ölçüsündən asılı olaraq fərqlənə bilər. Bəzi detalları
İnternet səhifələrdə görməyə bilərsiniz.
Telefonunuzdan asılı olaraq brauzinq funksiyası Veb
yaxud İnternet (bundan sonra Veb adlandırılacaq) kimi
göstərilə bilər.
Mühüm: Yalnız etibar etdiyiniz və zərərli proqramlara
qarşı müvafiq təminat təklif edən xidmətləri istifadə edin.
Bu xidmətlər, qiymətlər və təlimatların mövcudluqu barədə
xidmət təminatçınızla əlaqə saxlayın.
Siz İnternet səhifələrin nəzərdən keçiirilməsi üçün tələb
edilən konfiqurasiya parametrlərini xidmət
təminatçınızdan konfiqurasiya mesajı vasitəsilə ala
bilərsiniz.
Veb ya İnternet
55